Makron: Fransa və Rusiya sabitliyi qorumaq üçün birlikdə çalışmalıdırlar

Makron: Fransa və Rusiya sabitliyi qorumaq üçün birlikdə çalışmalıdırlar Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Paris və Moskva sabitliyi qorumaq və etimadı bərpa etmək üçün birlikdə çalışmalıdırlar.
Digər ölkələr
10 Fevral , 2022 01:40
Makron: Fransa və Rusiya sabitliyi qorumaq üçün birlikdə çalışmalıdırlar
Emmanuel Makron

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Paris və Moskva sabitliyi qorumaq və etimadı bərpa etmək üçün birlikdə çalışmalıdırlar.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı instaqram hesabında yazıb.

"Moskvada Prezident Putinlə dolğun, məzmunlu fikir mübadiləsi apardıq. Sabitliyi, sülhü və etimad mexanizmlərinin yenilənməsini qorumaq üçün birlikdə işləmək borcumuzdur. Hər ikimiz buna əminik", - Makron instaqram səhifəsində yazıb.

O əlavə edib ki, dialoq olmadan ağlabatan həll yolu tapmaq mümkün deyil.

“Bu, deeskalasiya prosesini bərpa etmək və Avropamızın sərhədlərində təhlükəsizlik təminatlarını əldə etmək üçün əldə edilməlidir”, - Fransa lideri bildirib.

Qeyd edək ki, Makron bazar ertəsi Moskvaya səfər edib və Rusiya Prezidenti Vladimir Putinlə beş saatlıq danışıqlar aparıb. Çərşənbə axşamı Fransa lideri Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. Görüşlərin əsas mövzusu Ukraynadakı vəziyyət olub.

Son xəbərlər

Orphus sistemi