Müttəfiqlərindən Makrona: Seçki kampaniyasını dayandır

Müttəfiqlərindən Makrona: Seçki kampaniyasını dayandır Fransa Prezidenti Emmanuel Makronun müttəfiqləri ona koalisiyanın Fransadakı parlament seçkilərinin ilk turundakı uğursuzluğundan sonra seçki kampaniyasını dayandırmağı tövsiyə ediblər.
Digər ölkələr
4 İyul , 2024 13:42
Müttəfiqlərindən Makrona: Seçki kampaniyasını dayandır

Fransa Prezidenti Emmanuel Makronun müttəfiqləri ona koalisiyanın parlament seçkilərinin ilk turundakı uğursuzluğundan sonra seçki kampaniyasını dayandırmağı tövsiyə ediblər.

"Report" xəbər verir ki, bu barədə "Politico" qəzeti Fransanın “Dirçəliş” partiyasının adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

“Ona seçkiqabağı kampaniyanı dayandırmaq söylənilib. Söhbət onun bizim ismarışımıza qulaq asmasından deyil, onu bizi eşitməyə vadar etməyimizdən gedir”, - o bildirib.

Qeyd edilib ki, müttəfiqləri onun seçki kampaniyasında iştirakını istəmirlər.

Son xəbərlər

Orphus sistemi