Malayziya hakimiyyəti Rusiya, Latviya, Norveç və Filippin vətəndaşlarını daşıyan tankeri saxlayıb.
"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Malayziya Dəniz Qaydalarına Dəstəkləmə Agentliyinin rəhbəri Məhəmməd Hassimin yaydığı bəyanatda deyilir ki, gəmi ölkənin dəniz nəzarət sistemi tərəfindən Sekinçan şəhərinin sahillərindən 51,4 km cənub-qərbdə saxlanılıb. Norveçdə qeydiyyata alınan tankerin göyərtəsində 20 ekipaj üzvü, Rusiya, Latviya, Norveç və Filippin vətəndaşları var.
"Yoxlama zamanı kapitan Malayziyada lövbər salmağa icazə verən heç bir sənəd təqdim etməyib", - agentliyin rəhbəri əlavə edib.
Ölkə qanunvericiliyinə görə, bu qanun pozuntusuna görə 23,5 min dollar cərimə və ya iki ilədək həbs cəzası düşür.