Malayziya hökuməti bir sıra inkişaf etmiş ölkələri zərurət olmadan koronavirusa qarşı peyvəndi külli miqdarda almaqda günahlandırıb.
“Report” “The Star”a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Xəyri Camaləddin paytaxt Kuala-Lumpurda peyvənd mərkəzinə baş çəkərkən bildirib.
“Avropa İttifaqı ehtiyacdan artıq vaksin alır”, - deyə nazir vurğulayıb. O, Böyük Britaniya, ABŞ, Kanada kimi ölkələrin addımlarını tənqid edib.
Malayziyalı nazir özlərinin ehtiyac olduğundan 20 faiz artıq, sadaladığı ölkələrin isə “adambaşı beş doza dərman” satın aldığını dilə gətirib.