Malaziya hökuməti məcburi ölüm hökmünü ləğv etmək qərarına gəlib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin parlament və qanunvericilik üzrə naziri Van Cunaidi Tuanku Cəfər bildirib.
Xatırladaq ki, hazırda Malaziyada 11 cinayət növü, o cümlədən, qətl, narkotik maddələrin alqı-satqısı və terrorizm görə məcburi ölüm hökmü qüvvədədir. Bundan sonra isə ölüm hökmü və ya digər cəzanın verilməsi haqqında hakim qərar verəcək.