Malidə BMT sülhməramlılarına növbəti hücum olub

Malidə BMT sülhməramlılarına növbəti hücum olub BMT-nin Malidə sabitləşmə üzrə çoxprofilli kompleks missiyasına (MİNUSMA) məxsus avtomobilə hücum edilib.
Digər ölkələr
16 Yanvar , 2021 02:47
Malidə BMT sülhməramlılarına növbəti hücum olub

BMT-nin Malidə sabitləşmə üzrə çoxprofilli kompleks missiyasına (MİNUSMA) məxsus avtomobilə hücum edilib.

“Report” xəbər verir ki, bu barədə BMT missiyasının məlumatında bildirilib.

Hadisə Malinin şimal-şəqində, Tesalı şəhərinin ətrafında baş verib. Belə ki, missiyanın yanacaq daşıyan avtomobilinə edilən bomba hücumu nəticəsinə iki sülhməramlı yaralanıb.

Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Daha sonra, partlayış yerindən yaxın yerdə başqa partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi