Malinin şimalındakı Fransa bazası raket atəşinə tutulub.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, hərbi bazada missiyanı yerinə yetirən 20 italyan əsgərindən xəsarət alan olmayıb.
Bazanın rəhbəri Lorenzo Guerini vəziyyətin inkişafını diqqətlə izləyir.
Fransanın Malidəki əsas hərbi bazası Qao bölgəsində yerləşir. Bölgə həm də Fransanın 2013-cü ildən Malidə keçirdiyi Barkhane əməliyyatının mərkəzi hesab olunur.