Malinin keçmiş prezidenti İbrahim Bubakar Keyta Əbu-Dabiyə müalicəyə yola düşüb.
“Report”un məlumatına görə, bu barədə “Reuters” agentliyi bildirib.
Məlumata görə, səfər 10-15 gün davam edəcək.
Daha əvvəl “News-24” xəbərlər portalı bildirib ki, Malinin keçmiş prezidenti xəstəxanadan evə buraxılıb. O, tibb müəssisəsinə sentyabrın 1-də insultla əlaqədar yerləşdirilmişdi.
“Malijet” informasiya portalı isə bildirib ki, Keyta bir qədər əvvəl BƏƏ-nin kardioloji xəstəxanasında əməliyyat edilib. O, avqustda müayinə üçün xəstəxanaya baş çəkməli idi, ancaq Malidə baş vermiş qiyam səbəbindən BƏƏ-yə gedə bilməyib.