İngiltərə Federasiya Kubokunun finalında "Mançester Siti" ilə "Mançester Yunayted" üz-üzə gəliblər.
"Report" xəbər verir ki, Londondakı "Uembli" stadionunda keçirilən final görüşündə "Mançester Yunayted" "Mançester Siti"yə 2:1 hesabı ilə qalib gəlib.
Qaliblərin qollarını Alejandro Qarnaço (30-cu dəqiqə) və Kobbi Mainu (39-cu dəqiqə) vurub. Uduzanların qoluna Ceremi Doku (87) imza atıb.
“Mançester Yunayted” 13-cü, 2015/16 mövsümündən sonra isə ilk dəfə turnirin qalibi olub. Rekord London "Arsenal"ına məxsusdur (14). “Mançester Siti” yeddi dəfə kuboka yiyələnib.