“ABŞ-ın Əfqanıstanda təsadüfi güc tətbiq etməsini qınayırıq”.
“Report” xəbər verir ki, bunu Rusiya XİN mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə ABŞ-ın Kabil hava limanına raket hücumunu şərh edərkən söyləyib.
“ABŞ-ın Əfqanıstanda təsadüfi güc tətbiq etməsini qınayırıq. Rusiya Əfqanıstana humanitar yardım göndərilməsi məsələsinə baxır”, - o qeyd edib.
M.Zaxarovanın sözlərinə görə, Rusiya “Taliban”ın siqnallarını onların beynəlxalq birliklə əlaqələri inkişaf etdirmək niyyətləri kimi görür.