Lüksemburqlu deputat Mark Anqel Avropa Parlamentinin (AP) yeni vitse-prezidenti seçilib.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
O, korrupsiya qalmaqalı ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılan Eva Kaylini əvəz edib.
M.Anqel iki tur keçirilən səsvermədə mütləq səs çoxluğu qazanıb. Son turda onu 307 deputat dəstəkləyib. 59 yaşlı deputat Avropa Parlamentində sosialistlər qrupunu təmsil edir.
Xatırladaq ki, Avropa Parlamentinin sabiq sədr müavini Eva Kayli və daha üç nəfər Belçikanın paytaxtı Brüsseldə 2022-ci il dünya çempionatı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib.