Məhkəmə Trampın 400 illik həbsilə bağlı işə yenidən baxmaqdan imtina edib

Məhkəmə Trampın 400 illik həbsilə bağlı işə yenidən baxmaqdan imtina edib ABŞ-nin Corciya ştatının Atlanta şəhərində yerləşən 11-ci Dairə üzrə Apellyasiya Məhkəməsi yeni seçilmiş prezident Donald Trampa qarşı məxfi sənədlərlə düzgün işləmədiyinə dair işin yenidən açılması haqqında şikayəti rədd edib.
Digər ölkələr
27 Noyabr , 2024 03:50
Məhkəmə Trampın 400 illik həbsilə bağlı işə yenidən baxmaqdan imtina edib

ABŞ-nin Corciya ştatının Atlanta şəhərində yerləşən 11-ci Dairə üzrə Apellyasiya Məhkəməsi yeni seçilmiş prezident Donald Trampa qarşı məxfi sənədlərlə düzgün işləmədiyinə dair işin yenidən açılması haqqında şikayəti rədd edib.

“Report” xəbər verir ki, Donald Trampa qarşı apellyasiya şikayətinin rədd edilməsi barədə vəsatət təmin edilib.

Qeyd edək ki, 2022-ci ilin avqustunda Trampın Floridadakı malikanəsində aparılan axtarış zamanı Federal Təhqiqat Bürosunun əməkdaşları 17-si “tam məxfi” kimi təsnif edilən 102 sənəd ələ keçirib.

2024-cü ilin iyununda məhkəmə siyasətçiyə qarşı məxfi sənədlərlə düzgün işləmədiyinə dair ittiham irəli sürüb. Onu 400 ilə qədər həbs və külli miqdarda cərimə gözləyirdi. İyul ayında Florida ştatının Cənub Dairəsinin federal məhkəməsi bu cinayət işi üzrə bütün ittihamları rədd etmək qərarına gəlib.

Son xəbərlər

Orphus sistemi