Meksikada atışma, səkkiz nəfər ölüb

Meksikada atışma, səkkiz nəfər ölüb Hadisə yerində yandırılmış yeddi zirehli avtomobil tapılıb
Digər ölkələr
27 Aprel , 2021 05:29
Meksikada atışma, səkkiz nəfər ölüb

Meksikanın şimal-şərqindəki Tamaulipas ştatının Kamargo rayonunda iki cinayətkar qrup arasında baş verən atışmada azı səkkiz nəfər ölüb.

“Report”un məlumatına görə, bu barədə “El Universal” xəbər verib.

Qeyd olunub ki, hadisə yerində yandırılmış yeddi zirehli avtomobil tapılıb.

İlkin məlumatlara görə, qətllərdə “Şimal-Şərq Karteli” mütəşəkkil cinayətkar qrupunun əli ola bilər.

Federal və ya regional səlahiyyətlilər məlumatlara hələ münasibət bildirməyiblər.

Son xəbərlər

Orphus sistemi