Meksikanın Miçoakan əyalətində avtofurqonda 9 nəfərin meyiti tapılıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, yerli prokurorluq idarəsi hadisə ilə bağlı istintaqın başlandığını bildirib.
Ölənlərdən 8-i kişi, 1-i qadın olub. Meyitlərin üzərindəki xəsarətlərin güllə yarası olduğu ehtimal edilir. Qurbanların şəxsiyyəti məlum deyil.
“Universal” qəzetinin yazdığına görə, qətlin arxasında “Miçoakan Ailəsi” (La Familia Michoacana) narkotik karteli dayana bilər.