Meksikada “PM Noticias” saytının baş direktoru Pablo Morruqares ölkənin cənub-qərbində yerləşən Guerrero ştatında öldürülüb.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə insan hüquqları üzrə regional komissiya açıqlayıb.
Morruqares İquala şəhərində restoranların birində qətlə yetirilib. Bununla da, bu il Meksikada öldürülən jurnalistlərin sayı dörd nəfərə çatıb.
Son 20 il ərzində Latın Amerikası ölkəsində 150-dən çox media işçisi öldürülüb, onlardan 10-u 2019-cu ildə qətlə yetirilib.