Meksikada naməlum şəxslər iki nəfəri güllələyib

Meksikada naməlum şəxslər iki nəfəri güllələyib Mexiko şəhərinin mərkəzində (Meksikanın paytaxtı -red.) silahlı hücum nəticəsində iki nəfər ölüb, daha bir nəfər yaralanıb.
Digər ölkələr
18 Oktyabr , 2024 07:56
Meksikada naməlum şəxslər iki nəfəri güllələyib

Mexiko şəhərinin mərkəzində (Meksikanın paytaxtı - red.) silahlı hücum nəticəsində iki nəfər ölüb, daha bir nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Mexiko Prokurorluğu “X” sosial şəbəkəsində məlumat yayıb.

"Mexiko Baş Prokurorluğu, Centro bölgəsindəki küçədə iki kişinin öldürülməsi və qadının yaralanması ilə nəticələnən odlu silahla hücumu araşdırır", - prokurorluq bildirib.

Paytaxtın İctimai Təhlükəsizlik Nazirliyi öz növbəsində bildirib ki, polislər radioda məlumat alaraq hadisə yerinə gəldiklərini, burada bir nəfərin qadına və iki kişiyə bir neçə atəş açdığını müəyyənləşdiriblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi