Meksikada tüğyan edən "Pamela" qasırğası tropik fırtınaya çevrilib.
"Report" xəbər verir ki, bu barədə ölkənin meteoroloji xidməti məlumat yayıb.
Hazırda fırtına 10,2 m/s sürətlə şimal-şərqə doğru irəliləyir. Küləyin sürəti saatda 42 m/s-ə çatır.
Ölkənin bəzi bölgələrində güclü yağış daşqınlara səbəb olub. Tələfat və dağıntılar barədə məlumat verilmir.
Qeyd edək ki, avqustun 21-nə keçən gecə III kateqoriyalı "Qreys" qasırğası Meksikanın şərq sahilindəki Verakruz əyalətini vurub. Təbii fəlakət 11 nəfərin ölümünə səbəb olub. Həmçinin Verakruz, İdalgo, Puebla, San-Luis, Potosi və Tlaxkala əyalətlərində təxminən 870 000 abonenti elektriksiz qoyub.