Meksikanın Jalisco əyalətində Nora qasırğası güclü külək və leysan yağışlara səbəb olub.
Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, küləyin sürəti saatda orta hesabla 130 kilometrdir.
Daşqın və sürüşmə təhlükəsi səbəbindən 30 yaşayış məntəqəsi boşaldılıb.