Meksikalı jurnalist Xasinto Romero Verakrus ştatının dağlıq ərazisində aldığı güllə yaralarından ölüb.
“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli KİV bildirib.
"Oriestereo FM” radosunun müxbiri və aparıcısı X.Romero İkstaçokitlan bələdiyyəsində özünün “Nissan March” avtomobilində gedərkən aldığı iki güllə yarası ilə öldürülüb”, - “CDP Noticias” portalı qeyd edib.
KİV bildirib ki, Romero Verakrusun cənubundakı Teşuakan bələdiyyəsində polisin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və bələdiyyə məmurlarının qohumlarının iştirakı ilə yaşanan münaqişələr barədə xəbər verdikdən sonra vatsap vasitəsilə təhdid almağa başlayıb.