Meksikanın cənubundakı zorakılıqlara görə yüzlərlə insan Qvatemalaya qaçıb

Meksikanın cənubundakı zorakılıqlara görə yüzlərlə insan Qvatemalaya qaçıb Meksikanın cənubunda zorakılıqdan xilas olmaq üçün bir həftə ərzində 500-dən çox insan Qvatemala ilə sərhədi keçmək məcburiyyətində qalıb.
Digər ölkələr
26 İyul , 2024 08:44
Meksikanın cənubundakı zorakılıqlara görə yüzlərlə insan Qvatemalaya qaçıb

Meksikanın cənubunda zorakılıqdan xilas olmaq üçün bir həftə ərzində 500-dən çox insan Qvatemala ilə sərhədi keçmək məcburiyyətində qalıb.

“Report”un məlumatına görə, bu barədə Qvatemala Miqrasiya İnstitutunun bəyanatında deyilir.

Qeyd olunub ki, miqrantlara humanitar yardım göstərmək üçün komissiya yaradılıb.

“El Universal” nəşri bildirib ki, son vaxtlar Qvatemala ilə həmsərhəd olan Çiapas ştatında kriminal vəziyyət kəskin şəkildə pisləşib. Meksikanın iki ən böyük cinayətkar qruplaşması - “Sinaloa” və “Yeni Nəsil Xalisko” kartelləri arasında toqquşmaların səbəb olduğu zorakılıqlar artıb.

Onlar sərhəd bölgələrinə nəzarət etmək üçün bir-biri ilə vuruşurlar. Belə ki, sərhəd bölgələri miqrantların qanunsuz ABŞ-a keçirilməsi, silah və narkotik ticarəti üçün əhəmiyyət kəsb edir.

Son xəbərlər

Orphus sistemi