Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 681 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı Krallığın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, azı 2 501 nəfər xəsarət alıb.
Bundan əvvəl ölkə hakimiyyəti 2 497 nəfərin öldüyünü, 2 476 nəfərin yaralandığını bildirmişdi.
Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2500-ə çatır.
“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 2497 nəfər ölüb.
Təbii fəlakət nəticəsində 2 400 nəfər yaralanıb. Ölən və yaralıların sayının artacağı istisna olunmur.
Xatırladaq ki, sentyabrın 8-dən 9-a keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsinə düşüb. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.