Almaniya qaçqınlarla bağlı məsələlərdə Türkiyə ilə razılaşmanın qorunub saxlanılmasını və daha da inkişaf etdirilməsini zəruri hesab edir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Biz hələ Avropa İttifaqının qarşıdakı sammitinin qərarları üzərində işləyirik. Düşünürəm ki, Aİ ilə Türkiyə arasındakı bu razılaşma vacibdir, daha da inkişaf etdirilməlidir. Buna əminəm”, - Merkel deyib.