ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, ABŞ-dan olan həmsədri Endrü Şofer, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Yerevanda səfərdədir.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Diplomatlar Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşüb.
Görüşdə Rusiyanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksey Sinequbov da iştirak edib. Tərəflər Qarabağdakı durumu müzakirə ediblər.
Onların Ermənistanın baş naziri Nikol Paşinyan ilə də görüşəcəyi gözlənilir.