Misir Ali Hərbi Şurasının keçmiş başçısı feldmarşal Məhəmməd Hüseyn Tantaui 85 yaşında vəfat edib.
“Report” xəbər verir ki, məlumatı “Newsru.co” yayıb.
Qeyd edək ki, Məhəmməd Hüseyn Tantaui 1935-ci il oktyabrın 31-də anadan olub. 1956-cı ildən Misir ordusunda xidmət edib. Ərəb-İsrail, habelə Körfəz müharibəsində (ABŞ tərəfdən) iştirak edib. Pakistanda Misir səfirliyində hərbi attaşe işləyib. 1991-2021-ci ildək Misir Müdafiə Nazirliyi və hərbi sənayesinə başçılıq edib.
2011-ci ildə Misir inqilabı zamanı müvəqqəti hökumətə faktiki olaraq başçılıq edib. 2011-ci ilin fevralından Silahlı Qüvvələrin Ali Şurasının növbədənkənar seçkilər keçirilənədək başçısı olub. 2012-ci il avqustun 12-də Misirin mərhum Prezidenti Məhəmməd Mursi tərəfindən istefaya göndərilib. Onun yerinə “Müsəlman qardaşları”na yaxın sayılan Əbd əl-Fəttah əs-Sisi təyin olunub. 2014-cü ildə əs-Sisi Mursi hakimiyyətinin devrilməsinə başçılıq edib.