Misirdə koronavirusa yoluxan turistlərin xərcləri ödəniləcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Misirin turizm naziri Xalid əl-Anani bildirib.
Onun sözlərinə görə, koronavirusa yoluxan turistlərə pul ödəmək üçün hotellərlə razılığa gəlinib.
"Koronavirusa yoluxan turistin vəziyyəti yüngül olarsa, o, oteldə qalacaq. Otellər Misirdə qaldıqları müddətdə turistlərin xərclərini ödəməyə razılaşıblar", - əl-Anani deyib.
Xəstəliyi ağır keçirən turistlərin xərcləri isə Şarm Əl-Şeyx, Hurqa və ya Qahirədəki dövlət xəstəxanalarında qarşılanacaq.