Misir Sudan böhranının siyasi həllini dəstəkləyir

Misir Sudan böhranının siyasi həllini dəstəkləyir Sudan böhranı bütün maraqlı tərəflərin iştirakı ilə və Sudanın milli maraqlarına uyğun olaraq siyasi yolla həll edilməlidir.
Digər ölkələr
7 İyul , 2024 20:58
Misir Sudan böhranının siyasi həllini dəstəkləyir

Sudan böhranı bütün maraqlı tərəflərin iştirakı ilə və Sudanın milli maraqlarına uyğun olaraq siyasi yolla həll edilməlidir.

“Report” xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əl-Sisi Qahirədə keçirilən Sudanın vətəndaş siyasi qüvvələrinin konfransında deyib.

Əl-Sisi əlavə edib ki, qonşu dövlətdəki siyasi proseslər eyni zamanda “Sudanın suverenliyinə və ərazi bütövlüyünə hörmətə, habelə dövlət institutlarının məcburi şəkildə qorunub saxlanmasına” əsaslanmalıdır.

Misir, prezidentin sözlərinə görə, öz növbəsində, “Sudan böhranının nəticələri ilə mübarizə aparmaq üçün beynəlxalq və regional səviyyədə hər cür səy göstərməyə”, xüsusən də Sudana humanitar yardım çatdırmağa və milyonlarla insanı qəbul etməyə davam etməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi