Misirdə balıqçı qayıqları batıb, 13 nəfər həlak olub

Misirdə balıqçı qayıqları batıb, 13 nəfər həlak olub Misirdə Burq-əl-Arab ərazisindəki göldə iki balıqçı qayığın batması nəticəsində 13 nəfər həlak olub
Digər ölkələr
23 Fevral , 2021 02:25
Misirdə balıqçı qayıqları batıb, 13 nəfər həlak olub

Misirdə Burq-əl-Arab ərazisindəki göldə iki balıqçı qayığının batması nəticəsində 13 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Veto” nəşri bildirib.

Qeyd edilir ki, batanların hamısı bir bədəvi ailəsinin üzvləridir. Onlar arasında uşaqlar da var. Hələlik sudan yeddi nəfərin meyiti çıxarılıb, gecə saatlarına baxmayaraq digərlərinin axtarışları davam edir. Əməliyyata xilasetmə xidmətlərinin əlavə dəstələri cəlb edilib.

Nəşrin məlumatına görə, ailə üzvləri qayıqlarla balıq fermaları üçün istifadə edilən gölün ortasında yerləşən kiçik adada gəzintiyə gediblər. Onlar evə qayıdan zaman qayıqlar çevrilərək aşıb. Nəticədə 13 nəfərin hamısı soyuq suda həlak olub.

Qayıqların hansı səbəbdən çevrilməsi hələ müəyyənləşdirilməyib.

Son xəbərlər

Orphus sistemi