Misirin paytaxtı yaxınlığında, Xeluan şəhərində, qatar ilə sərnişin avtobusu toqquşublar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "El Watan" informasiya portalı məlumat verib.
Qəza nəticəsində azı dörd nəfər ölüb, daha 26 nəfər yaralanıb.
Nəqliyyat naziri Kamel əl-Vəzir yerli tekstil fabrikinin işçiləri olan avtobusun yük daşımaları üçün nəzərdə tutulan dəmiryolları boyunca hərəkət etdiyini və kömür daşıyan qatarla toqquşduğunu bildirib. Hadisə ilə bağlı xüsusi komissiya istintaq aparır.