MİT Suriyada Türkiyə hərbçilərinə hücum əmri verən PKK-nın rəhbər şəxsini məhv edib

MİT Suriyada Türkiyə hərbçilərinə hücum əmri verən PKK-nın rəhbər şəxsini məhv edib Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada yeni əməliyyat keçirib.
Digər ölkələr
27 Noyabr , 2023 11:03
MİT Suriyada Türkiyə hərbçilərinə hücum əmri verən PKK-nın rəhbər şəxsini məhv edib

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada yeni əməliyyat keçirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının rəhbərlərindən biri olan Mutlu Kacar məhv edilib.

“Karker Andok” kod adlı terrorçunun təşkilatın Aynularab bölgəsi üzrə məsul şəxsi olduğu qeyd edilib.

Məlumata görə, M.Kacar 2021-ci ildə Suriyanın Tel Rifat ərazisində xidmət edən Türkiyənin təhlükəsizlik qüvvələrinin maşınına hücum tapşırğı vermişdi. Nəticədə Türkiyə ordusunun 2 zabiti şəhid olmuşdu. O, uzun müddət idi ki, gizlənirdi.
M.Kacar 1997-ci ildən etibarən PKK terror təşkilatında fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi