Mixaylo Podolyak: "Zelenskiyə 10 dəfədən çox sui-qəsd cəhdi olub"

Mixaylo Podolyak: "Zelenskiyə 10 dəfədən çox sui-qəsd cəhdi olub" “Ukrayna Prezident Volodimir Zelenskiyə 10 dəfədən çox sui-qəsd cəhdi olub”.
Digər ölkələr
9 Mart , 2022 16:26
Mixaylo Podolyak: Zelenskiyə 10 dəfədən çox sui-qəsd cəhdi olub

“Ukrayna Prezident Volodimir Zelenskiyə 10 dəfədən çox sui-qəsd cəhdi olub”.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Xarici tərəfdaşlarımız dövlət başçısına 2-3 dəfə sui-qəsd cəhdi olduğunu deyirlər. Amma 10-dan artıq belə cəhd olub. Bizdə operativ məlumatlar var. Dəfələrlə hökumət binasının məhəlləsinə girmək üçün cəhdlər olub”, - deyə o qeyd edib.

M.Podolyak bildirib ki, Ukraynada çox ciddi kəşfiyyat və əks-kəşfiyyat şəbəkəsi fəaliyyət göstərir: "Ona görə də mümkün təhlükələr əvvəlcədən müəyyənləşir. Bəzi məqamları açıqlaya bilmirəm. Amma Putinin əsas hədəfi Zelenskidir. Bu baxımdan Qərb mətbuatı haqlıdır”.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın “The Times” qəzeti son bir həftə ərzində Zelenskiyə ən azı üç sui-qəsd cəhdinin edildiyini yazmışdı.

Son xəbərlər

Orphus sistemi