Moldova Müdafiə Nazirliyi Kişinyov yaxınlığında daimi hərbi şəhərcik tikmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə hökumətin saytında dərc olunan qərar layihəsində deyilir.
Qeyd edilib ki, bu məsələyə ölkə hökumətinin yanvarın 31-də keçiriləcək iclasında baxılacaq: “İnkişaf üzrə tərəfdaşlar, ABŞ və Rumıniyadan olan hərbi ekspertlərlə birgə 136 saylı daimi hərbi düşərgənin yenidən qurulması və təşkili layihəsi üçün konsepsiya və texniki-iqtisadi əsaslandırma hazırlanıb”.