Moldova Rusiya ilə birbaşa hava əlaqəsini bərpa edə bilmir

Moldova Rusiya ilə birbaşa hava əlaqəsini bərpa edə bilmir “Moldova hazırda Rusiya ilə birbaşa hava əlaqəsini bərpa edə bilmir”.
Digər ölkələr
24 Noyabr , 2024 16:51
Moldova Rusiya ilə birbaşa hava əlaqəsini bərpa edə bilmir

“Moldova hazırda Rusiya ilə birbaşa hava əlaqəsini bərpa edə bilmir”.

“Report” xəbər verir ki, bunu ölkənin Baş naziri Dorin Reçan deyib.

“Hazırda Rusiya ilə birbaşa uçuşlar bərpa oluna bilməz, hətta Ukraynadan yan keçməklə belə, Rusiya şirkətləri Moldovaya uça bilməz”, - Reçan bildirib.

Bundan əvvəl Moldovanın keçmiş prezidenti İqor Dodon bildirib ki, ölkəsi Moskva ilə strateji tərəfdaşlığı bərpa etməli, Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulmamalı və bu ölkəyə birbaşa uçuşları bərpa etməlidir.

Son xəbərlər

Orphus sistemi