Monqolustanda 122 dövlət şirkətində islahatlar aparılacaq

Monqolustanda 122 dövlət şirkətində islahatlar aparılacaq Monqolustan hökuməti 122 dövlət şirkətində islahatların aparılması üçün ölkənin Böyük Xuralına (parlament) qanun layihəsi təqdim edəcək.
Digər ölkələr
14 Noyabr , 2024 06:14
Monqolustanda 122 dövlət şirkətində islahatlar aparılacaq

Monqolustan hökuməti 122 dövlət şirkətində islahatların aparılması üçün ölkənin Böyük Xuralına (parlament) qanun layihəsi təqdim edəcək.

“Report” xəbər verir ki, bu barədə Monqolustan Nazirlər Kabineti Aparatının rəhbəri Nyam-Osorın Uçral brifinqdə bildirib.

“Bizdə 122 dövlət şirkəti var ki, onlardan yalnız beşi gəlirli, qalanları zərərlidir. Eyni zamanda, doqquz belə dövlət müəssisəsinin rəhbəri il ərzində fəaliyyətinə görə mükafatlar alıb. Ona görə də dövlət şirkətləri üçün hüquqi islahatlar hazırlanır. Bununla bağlı qanun layihəsi parlamentə təqdim olunacaq”, - deyə hökumət aparatının rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, islahatlar nəticəsində bəzi zərərli dövlət şirkətləri ləğv ediləcək və ya birləşdiriləcək və onların xidmətləri özəl sektora veriləcək.

Son xəbərlər

Orphus sistemi