Monqolustanın paytaxtı Ulan-Batorda fövqəladə vəziyyət elan edilib.
"Report" Monqolustan KİV-ə istinadən xəbər verir ki, parlament hökumətin Ulan-Batorda fövqəladə vəziyyət elan etmək təşəbbüsünü dəstəkləyib.
Qeyd edək ki, Monqolustanın paytaxtı Ulan-Batorda 3 gündür etiraz aksiyaları keçirilir. Aksiyalar nəticəsində 4-ü hökumət sarayını təhlükəsizlik xidmətinin əməkdaşı omaqla 6 nəfər yaralanıb. Aksiyaların başlamasına səbəb daş kömürün oğurlanaraq Çinə tədarük edilməsi göstərilir. Bildirilib ki, indiyədək 12,9 milyard dollarlıq da kömür oğurlanıb. Etirazçılar bu cinayət əməlində korrupsiyaya bulaşmış məmurları ittiham edirlər.