Monteneqro prezidenti xəstəxanaya yerləşdirilib

Monteneqro prezidenti xəstəxanaya yerləşdirilib Monteneqronun Prezidenti Milo Cukanoviç pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
26 Dekabr , 2020 01:26
Monteneqro prezidenti xəstəxanaya yerləşdirilib
Monteneqronun Prezidenti Milo Cukanoviç / REUTERS/Stevo Vasiljevic

Monteneqronun Prezidenti Milo Cukanoviç pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Həkimlərin tövsiyəsi ilə Cukanoviçin sətəlcəmdən müalicə olunduğu bildirilir:

“Bu günə qədər prezidentin COVID-19 üçün verdiyi testlərin nəticələrinin hamısının cavabı mənfi olub. Həyat əlamətləri sabitdir, prezident vəzifələrini maneəsiz yerinə yetirir”.

Monteneqroda yeni növ koronavirus bağlı vəziyyət gərgin olaraq qalır. Belə ki, 600 min nəfər əhalisi olan ölkənin demək olar ki, 46 min vətəndaşı koronavirusa yoluxub, 652 nəfər dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi