Monteneqroya giriş qaydalarının sərtləşdirilməsi haqqında avqustun 20-də qəbul edilmiş tədbirlər qüvvəyə minib.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin milli televiziyası məlumat yayıb.
Qüvvəyə minən məhdudiyyətlərə görə, tam peyvəndləməsindən 14 gün keçmiş şəxslərə ölkəyə daxil olmaq hüququ yalnız o halda verilir ki, həmin şəxslər ölkəyə daxil olmazdan 72 saat əvvəl alınmış PCR testinə və ya sürətli anticisim testinə malik olsunlar.
Əks halda, Monteneqroya daxil olan ölkə sakinləri və ya müvəqqəti yaşayış hüququna malik əcnəbilər karantinə göndərilirlər.