Rusiya Prezidenti Vladimir Putin və Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının sədri Kim Çen In Rusiyanın Uzaq Şərq bölgəsində keçiriləcək görüşdə Pxenyandan döyüş sursatlarının tədarükü ilə bağlı razılığa gəlsələr, ABŞ yeni sanksiyalar tətbiq etməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət Departamentinin mətbuat katibi Metyu Miller
“Hər iki ölkəyə xatırlatmaq istərdim ki, Şimali Koreyadan Rusiyaya istənilən silah ötürülməsi BMT Təhlükəsizlik Şurasının bir çox qətnamələrinin pozulması deməkdir. Biz, təbii ki, Rusiyanın müharibəsini maliyyələşdirən şəxslərə qarşı fəal şəkildə sanksiyalar tətbiq etmişik, onları tətbiq etməyə davam edəcəyik və lazım gələrsə, yeni sanksiyalar tətbiq etməkdən çəkinməyəcəyik”, - ABŞ-nin xarici siyasət idarəsinin sözçüsü diqqətə çatdırıb.
Vaşinqton hesab edir ki, Rusiya Şimali Koreyadan sursat, ilk növbədə artilleriya mərmiləri almaq istəyir.
Miller bu münasibətlə Putinin “Kim Çen Indan hərbi yardım ummaq üçün öz ölkəsinin o başına getdiyini” xatırladıb. Dövlət Departamentinin mətbuat katibinin sözlərinə görə, bu, Putinin imperiyanı bərpa etmək ümidlərinin iflasa uğradığını ən yaxşı şəkildə nümayiş etdirir.