Mozambikin Kabu-Delqadu əyalətinin kiçik Palma şəhərinə radikal islamçı qruplaşma üzvlərinin bir neçə gün bundan əvvəl baş vermiş hücumundan sonra yüzlərlə insan itkin düşmüş hesab edilir.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə yerli fəal bildirib.
İtənlərin axtarışı ilə məşğul olan yerli könüllü Coana Martins qeyd edib ki, səkkiz yüzdən çox insan hələ də itkin düşmüş hesab edilir.
Silahlı qruplaşma üzvləri ötən cümə günü şəhər saatlarında Palma şəhərinə hücum edərək nəzarəti tam ələ keçiriblər. Bir sıra yerli sakinlər silahlılardan qaçaraq ən yaxın meşələrdə gizlənib. BMT-nin humanitar məsələlərinin koordinasiyası üzrə idarəsi bildirib ki, hücum ərazidə humanitar vəziyyət üzrə "ekstremal təhlükə"yə səbəb olur.
Təşkilata bir neçə mənbə tərəfindən daxil olmuş informasiyaya əsasən döyüşlərin gedişatında onlarla insan öldürülüb. Qeyd edilir ki, qruplaşma üzvləri ilə təhlükəsizlik qüvvələri arasında silahlı toqquşmalar davam edir.
Palmanı minlərlə sakin, o cümlədən 2 min əcnəbi işçi tərk edib. Palma və onun ətrafında təxminən 50 min insan yaşayır. Onlardan bir çoxu qayıqlarla Mozambikin cənubuna və Tanzaniyaya qaçıblar.