Mumbayda bir ailənin 7 üzvü mağaza binasında baş vermiş yanğında həlak olub

Mumbayda bir ailənin 7 üzvü mağaza binasında baş vermiş yanğında həlak olub Mumbayın Çembur rayonunda yaşayış binasında yerləşən mağazada baş vermiş yanğın nəticəsində bir ailənin yeddi üzvü, o cümlədən üç uşaq ölüb.
Digər ölkələr
6 Oktyabr , 2024 13:21
Mumbayda bir ailənin 7 üzvü mağaza binasında baş vermiş yanğında həlak olub

Mumbayın Çembur rayonunda yaşayış binasında yerləşən mağazada baş vermiş yanğın nəticəsində bir ailənin yeddi üzvü, o cümlədən üç uşaq ölüb.

“Report” Hindistan mətbuatına istinadən xəbər verir ki, hadisəyə səbəb elektrik naqillərində yaranan qısaqapanma olub.

PTI-nin məlumatına görə, yanğın yerli vaxtla səhər saat 5:20 radələrində Siddarth koloniyasında yerləşən binada baş verib. Yanğınsöndürənlər binanın birinci mərtəbəsinin mağaza, sonuncu mərtəbəsinin isə yaşayış yeri kimi istifadə edildiyini bildiriblər.

“Səhər saat 6 radələrində bizə G+2 binasında yanğın olması, birinci mərtəbədə mağaza, digər iki mərtəbədə isə ailələrin yaşadığı barədə məlumat daxil olub. 7 nəfər ölüb, mağazada yatan 2 nəfər isə xilas edilib”, – polis komissarının müavini vurğulayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi