ABŞ dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində danışıqlar zamanı Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
“Report” bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
A.Blinken və N.Paşinyan iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı da müzakirə ediblər.
Dövlət katibi qeyd edib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesinin asanlaşdırılması üçün səylərini davam etdirməyə hazırdır.
Ermənistanın baş naziri A.Blinkenin Cənubi Qafqazda sülh prosesinin və sabitliyin təmin edilməsində göstərdiyi səylərini yüksək qiymətləndirib.
Xatırladaq ki, fevralın 16-da N.Paşinyan Münxenə üçgünlük işgüzar səfərə gedib.