Myanmada etiraz aksiyalarının iştirakçıları və güc strukturlarının əməkdaşları arasında toqquşmalar nəticəsində öldürülənlərin sayı 570 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiasiyasının
“Aprelin 5-ə olan məlumata əsasən çevriliş nəticəsində 570 insan öldürülüb”, - məlumatda deyilir.
Assosiasiyanın məlumatına görə, hazırda 2 728 nəfər həbsdə saxlanılır, 38 insan həbs cəzasına məhkum edilib. Eyni zamanda, 443 nümayişçini həbsi ilə bağlı məhkəmə qərarı mövcuddur.