Myanmada hərbi çevrilişə və seçilmiş hökumət üzvlərinin tutulmasına qarşı keçirilən etiraz aksiyasına polisin atəş açması nəticəsində 7 nəfər ölüb, 8 nəfər yaralanıb.
“Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.
Bildirilib ki, Myanmanın Maqvey bölgəsində keçirilən dinc etiraz aksiyasına polis və hərbçilərin hücumu nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb. Nors Okkalapa əyalətində isə polisin etirazçılara hücumu nəticəsində daha bir nümayişçi ölüb.
Xatırladaq ki, Myanmada hərbçilər 2021-ci il fevralın 1-də hakimiyyəti ələ keçirərək ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edib. Myanma Prezidenti Vin Min, Nobel sülh mükafatı laureatı, Myanmanın xarici işlər naziri və dövlət müşaviri Aun San Su Çji, hökumətin bir sıra üzvləri saxlanılıb.