NATO ölkələri "Neptun Strike 22" adı altında irimiqyaslı dəniz təlimləri keçirəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi bildirib.
Hərbi dəniz təlimləri yanvarın 24-də başlayacaq və fevralın 4-dək davam edəcək.
Kirbi deyib ki, Aralıq dənizində baş tutacaq manevrlərdə gəmilər, sualtı qayıqlar və dəniz təyyarələri iştirak edəcək.
"Təlimlər NATO-nun dənizdə qarşılıqlı fəaliyyət qabiliyyətini nümayiş etdirmək və təkmilləşdirmək üçün nəzərdə tutulub", - Kirbi qeyd edib.