Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bununla bağlı NATO-nun Baş katibi Yens Stoltenberqə ərizələr təqdim olunub.
"NATO İsveç və Finlandiyanın alyansa qoşulmaq üçün ərizələri təqdim etməsini alqışlayır və bunun üçün zəruri olan məsələlərin tezliklə həllinə zəmanət verir" - Baş katib bildirib.
O əlavə edib ki, İsveç və Finlandiyanın Alyansa daxil olması ilə Baltikyanı ölkələrin təhlükəsizliyi daha da güclənəcək.
Bu gün, matın 18-də NATO-nun Baş katibi Yens Stoltenberq Finlandiyanın Alyansdakı səfiri Klaus Korhonen və İsveç səfiri Aksel Vernhoff ilə görüşəcək.
“Report” xəbər verir ki, bu barədə qurumun rəsmi səhifəsində yazılıb.
Görüşün Alyansın Brüsseldəki mənzil-qərargahında keçiriləcəyi gözlənilir.
Diplomatların müzakirə mövzuları arasında Finlandiya və İsveçin Alyansa mümkün üzvlüyü də olacaq.