“Rusiyanın və Prezident Vladimir Putinin ambisiyalarını layiqincə qiymətləndirməmək təhlükəlidir”.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Norveçdə keçilən biznes konfranda deyib.
Onun sözlərinə görə, Ukraynadakı müharibənin gedişində Rusiya itkilərin və çətinliklərin öhdəsindən gəlmək qabiliyyətində olduğunu nümayiş etdirdi.
"Vladimir Putinin Ukrayna ilə bağlı planlarına və məqsədlərinə dəyişiklik etdiyini düşünmək üçün əlimizdə heç bir əsas yoxdur. Buna görə də Rusiyanı layiqincə qiymətləndirməmək təhlükəlidir", - o bildirib.
Xatırladaq ki, yanvarın 1-də BBC-yə müsahibəsində Stoltenberq səfərbərlik həyata keçirmiş Rusiyanın Ukraynada hücumu davam etdirməyə hazırlaşdığını bildirib. Onun sözlərinə görə, bu baxımdan Qərb dövlətləri Ukraynaya dəstəyi gücləndirməli və rəsmi Kiyevə yardım üçün uzunmüddətli plan hazırlamalıdır.