“NATO indiyədək Kabil hava limanından alyans təyyarələri ilə 120 mindən çox adamı təxliyə edib”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı Birləşmiş Qərargahı bildirib.
“NATO ilə əməkdaşlıq edən 500-dən çox əfqan ailəsi ilə birlikdə təxliyə edilib. Onların təhlükəsizliyi təmin olunub, hazırda Avropadakı hərbi bazada yerləşdiriliblər”, - məlumatda qeyd olunub.
Bildirilib ki, NATO-ya üzv dövlətlər təxliyə edilən Əfqanıstan vətəndaşlarına siyasi sığınacaq verəcək.