“F-16 qırıcı təyyarələrinin Ukraynaya verilməsi ilə bağlı hələ ki yekun qərar yoxdur”.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, ukraynalı pilotlar tezliklə F-16 döyüş təyyarələrində təlimlərə başlamalıdırlar: “Amma təyyarələrin Ukraynaya verilməsi üçün ayrıca bir qərar lazımdır”.
Y.Stoltenberqin fikrincə, təlimlər F-16 qırıcılarının tədarükünü daha da yaxınlaşdırır.
Qeyd edək ki, Ukraynanın müdafiə naziri Oliksiy Reznikov daha əvvəl bildirib ki, qırıcılar 2024-cü ildə tədarük edilə bilər.