NATO müdafiə nazirləri Ukraynaya dəstək məsələsini müzakirə edəcək

NATO müdafiə nazirləri Ukraynaya dəstək məsələsini müzakirə edəcək NATO-nun Hərbi Komitəsi təşkilata üzv ölkələrin müdafiə nazirləri səviyyəsində mayın 16-da Brüsseldə görüş keçirəcək, görüşdə Ukraynaya dəstək göstərilməsi məsələsini müzakirə olunacaq.
Digər ölkələr
29 Aprel , 2024 19:41
NATO müdafiə nazirləri Ukraynaya dəstək məsələsini müzakirə edəcək

NATO-nun Hərbi Komitəsi təşkilata üzv ölkələrin müdafiə nazirləri səviyyəsində mayın 16-da Brüsseldə görüş keçirəcək, görüşdə Ukraynaya dəstək göstərilməsi məsələsini müzakirə olunacaq.

“Report” xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

“İlk görüşdə müdafiə nazirləri Ukrayna-NATO Şurası formatında Rusiyanın Ukraynaya qarşı müharibəsini, həmçinin NATO və müttəfiqlərinin Ukraynaya gələcək dəstəyini müzakirə etmək üçün görüşəcəklər”, - məlumatda bildirilir.

Hərbi Komitənin iclası müdafiə nazirlərinə görüşməyə və Şimali Atlantika Alyansı üçün strateji əhəmiyyət kəsb edən məsələləri müzakirə etməyə imkan verəcək. İştirakçılar NATO-nun Vilnüs sammitində qəbul edilmiş qərarların icrası ilə bağlı fikir mübadiləsi aparacaq və iyulda Vaşinqtonda keçiriləcək sammitə hazırlaşacaqlar.

Son xəbərlər

Orphus sistemi