NATO-nun Baş katibi: Avropa Ukraynaya dəstəklə bağlı vədini yerinə yetirmədi

NATO-nun Baş katibi: Avropa Ukraynaya dəstəklə bağlı vədini yerinə yetirmədi Avropa Ukraynaya dəstəklə bağlı vədini yerinə yetirə bilmədi.
Digər ölkələr
29 Aprel , 2024 17:44
NATO-nun Baş katibi: Avropa Ukraynaya dəstəklə bağlı vədini yerinə yetirmədi

Avropa Ukraynaya dəstəklə bağlı vədini yerinə yetirmədi.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ rəhbərliyi yardım paketi ilə bağlı bir neçə ay razılığa gələ bilmirdi: “Mən bilirəm ki, yardımla bağlı ciddi gecikmələr döyüş meydanında ciddi mənfi nəticələr deməkdir. Rusiya silahlanma ilə bağlı aylar boyu ciddi üstünlüyə malik oldu”.

Y.Stoltenberqin sözlərinə görə, Rusiya cəbhədə irəliləyə bilib: “Ancaq Ukraynanın üstünlük əldə etməsi üçün hələ də gec deyil. Daha çox yardım yoldadır. NATO müttəfiqlərinin dəstəyi ilə Ukrayna döyüş meydanında üstünlük qazana bilər”.

Baş katib qeyd edib ki, Alyans üzvləri Kiyevə dəstəyi artırmaqla bağlı razılığa gəliblər: “ABŞ-nin yeni yardım paketini təsdiqləməsi, Böyük Britaniyanın ən böyük yardım paketini elan etməsi, Almaniyanın əlavə hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verməsi və Niderlandın yardımı artırması buna nümunədir”.

Y.Stoltenberq yaxın vaxtlarda müttəfiqlərdən Ukraynaya yardımla bağlı yeni açıqlamalar gözlədiyini diqqətə çatdırıb: “Alyans üzvləri Kiyevə kömək etməlidir. Biz həmçinin Ukrayna ilə birgə silah istehsalı üzərində işləyirik”.

Son xəbərlər

Orphus sistemi