NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanı “Qərb-2021” təlimləri ilə bağlı məlumatları açıqlamağa çağırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, o, hərbi təlimlərlə bağlı bəzi ölkələrdə narahatlıq olduğunu ifadə edib.
Onun sözlərinə görə, Baltikyanı ölkələr, Polşa və Ukrayna Moskvanın planlarından narahatdırlar.
Y.Stoltenberq Rusiyanın “Qərb-2021” təlimləri ilə bağlı məlumatları təqdim etməli olduğunu vurğulayıb.